Türkiyə HDQ-nin “TCG Anadolu” gəmisinə quraşdırılan ASELSAN məhsulları – SİYAHI

Türkiyə HDQ-nin “TCG Anadolu” gəmisinə quraşdırılan ASELSAN məhsulları – SİYAHI

Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarında olan “TCG Anadolu” amfibiya hücum gəmisində quraşdırılan ASELSAN məhsulları ilə bağlı siyahı açıqlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Haluk Görgün özünün “Twitter” hesabında paylaşım edib.

Bu siyahıya daxildir: silah sistemləri; naviqasiya sistemləri; elektro-optik sistemlər; sualtı akustik sistemlər; elektron müharibə (EW) sistemləri; radar və rabitə sistemləri.

Silah sistemləri:

  • 25 mm-lik “Stop” silah sistemi – beş ədəd.

Naviqasiya sistemləri:

  • Meteoroloji ölçmə sistemi;
  • “Wecdis” və Rəqəmsal Plot cədvəli – iki ədəd;
  • “Cayro” kompas sistemi – iki ədəd;
  • Maqnit kompas sistemi;
  • Kulaç İskandil sistemi;
  • Birlik izləmə sistemi;
  • Hərbi və mülki DGPS sistemi;
  • “Parakete” sistemi;
  • Müharibə Avtomatik Tanıma sistemi;
  • TACAN sistemi.

Elektro-optik sistemlər:

  • “DenizGözü-AHTAPOT” elektro-optik kəşfiyyat və müşahidə sistemi – iki ədəd;
  • PİRİ KATS infraqırmızı axtarış və izləmə sistemi.

Sualtı akustik sistemlər:

  • “Hızır” torpeda əleyhinə sistem;
  • Sualtı telefon sistemi.

EW sistemləri:

  • Elektron dəstək sistemi;
  • Elektron hücum sistemi;
  • Chaff/IR Dekoy Atım sistemi;
  • Lazer xəbərdarlıq sistemi.

Radar sistemləri:

  • Dəqiq yanaşma radarı;
  • ALPER LPI naviqasiya radarı – iki ədəd;
  • Hava vasitəsi aşkarlama və nəzarət radarı;
  • 3D axtarış radarı;
  • Kommersiya naviqasiya radarı – iki ədəd.

Rabitə sistemləri:

  • Xarici kommunikasiya sistemləri;
  • Daxili kommunikasiya sistemləri;
  • Milli IFF sistemi;
  • Ku-Band peyk rabitə sistemi;
  • X-Band peyk rabitə sistemi;
  • UHF-Band peyk rabitə sistemi;
  • Peyk TV sistemi.

Poliqon.az

CATEGORIES
TAGS