Türkiyə müdafiə sənayesinin ixracatı 2 milyard dolları ötüb

Türkiyə müdafiə sənayesinin ixracatı 2 milyard dolları ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2023-cü ilin may ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin mayında 554.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci il may – 330.3 milyon) 2023-cü ilin may ayında ixrac olunan məhsulların dəyəri artıb.

Qeyd edək ki, 2023 il üçün ixracat hədəfi 6 milyard dollar olaraq müəyyənləşdirilən Türkiyə müdafiə sənayesinin cari ilin ilk 5 ayı ərzindəki ixracı 2 milyard ABŞ dollarını ötüb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR