
Türkiyə Quru Qoşunları növbəti ATAK FAZA-2 helikopterini təhvil alıb
TUSAŞ şirkətinin istehsal etdiyi FAZA-2 konfiqurasiyalı növbəti T-129 ATAK döyüş helikopteri Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən xəbər verib.
Nazirlikdən sonuncu T-129-un təhvil alınması ilə birlikdə Quru Qoşunlarının inventarına daxil edilən ATAK-ların sayının 58 ədədə yüksəldiyi bildirilib.
Qeyd edilib ki, Quru Qoşunları bu helikopteri milli IFF Mod-5 dost/düşmən tanıma sistemi və 6 sensorlu raket xəbərdarlıq sistemi ilə təchiz olunmuş halda təhvil alıb.
KATEQORIYA: Hava