Türkiyə Silahlı Qüvvələri ASELSAN-dan əlavə rabitə sistemləri alır

Türkiyə Silahlı Qüvvələri ASELSAN-dan əlavə rabitə sistemləri alır

ASELSAN şirkəti və Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında rabitə sistemlərinin tədarükü ilə bağlı ümumi dəyəri 1.79 milyard TL (86.5 milyon ABŞ dolları) olan müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.

Bildirilib ki, sözügedən müqavilə çərçivəsində ASELSAN tərəfindən tədarüklər 2023-2026-ci illər ərzində həyata keçiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS