Türkiyə şirkətlərinin ötən ilki ixrac rəqəmləri açıqlanıb

Türkiyə şirkətlərinin ötən ilki ixrac rəqəmləri açıqlanıb

Türkiyə müdafiə sənayesi şirkətlərinin 2023-cü ildə ixrac etdikləri məhsulların dəyəri açıqlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, Türkiyənin müdafiə sənayesi son 10 ildə dünyanın 185 ölkəsinə 230 adda məhsul ixrac edib. Müdafiə sənayesinin 1 kiloqrama görə ixracat həcmi 2022-ci illə müqayisədə 2023-cü ildə 14% artaraq 65 dolları keçib.

2023-cü ildə Türkiyə şirkətlərinin ixracat rəqəmləri (ABŞ dolları ilə göstərilib):

  • “Baykar” – 1.7 milyard dollar;
  • TUSAŞ HAVACILIK – 864 milyon dollar;
  • “Makine ve Kimya Endüstrisi” – 439 milyon dollar;
  • TUSAŞ MOTOR – 337 milyon dollar;
  • BMC – 255 milyon dollar;
  • “Roketsan” – 161 milyon dollar;
  • RAM Dış Ticaret – 160 milyon dollar;
  • PRATT & WHITNEY THY TEK. – 111 milyon dollar;
  • ASELSAN – 108 milyon dollar;
  • “Samsun Yurt Savunma” – 104 milyon dollar.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru ümumilikdə 5.5 milyard ABŞ dolları həcmində ixrac həyata keçirib.

CATEGORIES