Türkiyə xüsusi təyinatlıları üçün yerli katerlər istehsal olunacaq

Türkiyə xüsusi təyinatlıları üçün yerli katerlər istehsal olunacaq

Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT şirkəti Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının istifadəsi üçün katerlər istehsal edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə ASFAT şirkəti məlumat yayıb.

Məlumatda ASFAT-ın hərbi zavodlarında yerli və milli şəkildə istehsal olunacaq bu katerlərin xüsusi əməliyyatların yerinə yetirilməsində istifadə ediləcəyi bildirilib.

Qeyd olunub ki, daha öncə Türkiyə xüsusi təyinatlılarının istifadə etdiyi həmin katerlər ölkə xaricindən təmin edilirdi.

Poliqon.az

CATEGORIES
TAGS