Türkiyədə keçirilən “Qış Təlimi-2023” başa çatıb

Türkiyədə keçirilən “Qış Təlimi-2023” başa çatıb

Türkiyənin Qars şəhərində keçirilən “Qış Təlimi-2023” və “Yükəsk Səviyyəli Müşahidəçi Günü” başa çatıb.

“Poliqon” xəbər verir ki, təlimin son günündə iştirak edən ölkələrin xüsusi təyinatlıları və snayperçiləri, habelə Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri və T-129 ATAK helikopterləri döyüş atışlı tapşırıqları yerinə yetiriblər.

Təlimin yekunlaşması ilə bərabər “Yükəsk Səviyyəli Müşahidəçi Günü” Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri mətbuata açıqlamalar veriblər.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, cari il ərzində Türkiyə Silahlı Qüvvələrinin həm təkbaşına, həm də dost və müttəfiq ölkələrin orduları ilə bərabar ümumilkdə 206 hərbi təliminin keçirilməsi planlaşdırılıb.

Eyni zamanda Azərbaycanla bağlı “Zəngəzur dəhlizi” məsələsinə toxunan H.Akar bu layihənin reallaşmasının regionda əlaqələrin, sülh və sabitliyin qazanılmasında vacib əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mətbuata verdiyi açıqlamada “Qış Təlimi-2023”ün yüksək səviyyədə keçirildiyini və qarşıya qoyulan bütün tapşırıqların hərbi qulluqçular tərəfindən uğurla icra edildiyini vurğulayıb.

Qeyd edək ki, 2023-cü il yanvarın 7-dən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təlimdə iştirak etmək üçün Türkiyənin Qars şəhərindədir.

Poliqon.az

CATEGORIES