ULAK 4.5G ilə təchiz edilən “Anka” PUA-nın ilk uçuş sınağı keçirilib

ULAK 4.5G ilə təchiz edilən “Anka” PUA-nın ilk uçuş sınağı keçirilib

Türkiyənin yerli və milli ULAK 4.5G baza stansiyası ilə təchiz edilən “Anka” pilotsuz uçuş aparatının (PUA) ilk uçuş sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Demir özünün “Twitter” hesabında paylaşım edib.

İ.Dəmir bildirib ki, sınaq zamanı baza stansiyasının təmin etdiyi açıq şəbəkə vasitəsi ilə ilk audio və video rabitə əlaqələr reallaşdırılıb.

Pod (qın) daxilində “Anka” PUA-ya inteqrasiya olunan ULAK 4.5G baza stansiyası təbii fəlakət vaxtı vacib infrastrukturun dağıldığı bölgələrdə yaxud mobil şəbəkənin olmadığı əməliyyat ərazilərində personal və mülki vətəndaşlara dayanıqlı rabitə əlaqəsi təmin etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu texnologiya ilk dəfə cari ilin fevral ayında Türkiyədə baş vermiş güclü zəlzələ zamanı “Aksungur” PUA vasitəsilə fəlakət bölgəsində tətbiq olunub.

1

Poliqon.az

CATEGORIES
TAGS