“Vixr-1” raketlərinin Rusiya Silahlı Qüvvələrinə çatdırılması tamamlanıb

“Vixr-1” raketlərinin Rusiya Silahlı Qüvvələrinə çatdırılması tamamlanıb

“Kalaşnikov” konserni 2023-cü il üzrə Rusiya Müdafiə Nazirliyinin verdiyi “Vixr-1” tank əleyhinə idarə olunan raketlərin (TƏİR) tədarükü ilə bağlı dövlət müdafiə sifarişini tam şəkildə yerinə yetirib.

Bu barədə “Poliqon” “Kalaşnikov” konserninə istinadən xəbər verib.

“Vixr-1” idarə olunan raketləri düşmənin hərəkətli və hərəkətsiz yerüstü hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Onun maksimum atəş məsafəsi 10 kilometrə qədər və sürəti 600 m/saniyədir. Raketin əsas daşıyıcısı Ka-52 “Alligator” kəşfiyyat-hücum helikopterləridir. Bu raketlər 2015-ci ildən Rusiya Silahlı Qüvvələrinin inventarında yer almaqdadır.

Xatırladaq ki, “Kalaşnikov”, cari ilin sentyabr ayında idarə olunan raket və artilleriya mərmilərinin istehsalının iki dəfədən çox artırılacağını, bunun üçün konsernin boş ərazilərində iki yeni istehsal müəssisəsinin tikildiyini açıqlamışdı. Həmin müəssisələrdə “Vixr-1” tank əleyhinə idarə olunan raketlərin (TƏİR), ZUR 9M33 zenit idarə olunan raketlərin (ZİR) və “Kitolov-2M” idarə olunan artilleriya mərmilərinin istehsal edilməsi planlaşdırlıb.

CATEGORIES