
Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Texmaş” müəssisəsi yeni aerozol qumbarasının yaradılması işlərinə başlayıb.
“AzeriDefence”nin “Rostex”in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, qumbaranın yaradılması işləri hələ davam edir. İstehsalçıların fikrincə, yeni qumbarada işə düşmə vaxtı 2 saniyə azaldılacaq.
Bu qumbara 15 metr radiusda, 4 metr hündürlükdə ətrafı dumanda saxlaya biləcək. Bu isə şəxsi heyətin qorunmasına, düşmən hədəfindən yayınmasına – maskirovka olunmasına kömək edəcək.



