ASELSAN-ın HERİKKS-VI və BKKM sistemləri “Qış Təlimi-2023”də bacarıqlarını sərgiləyib 

ASELSAN-ın HERİKKS-VI və BKKM sistemləri “Qış Təlimi-2023”də bacarıqlarını sərgiləyib 

ASELSAN şirkətinin HERİKKS-VI (Hava Savunma Erken İkaz ve Komuta Kontrol Sistemi-VI) və BKKM (Batarya Komuta Kontrol Merkezi) sistemləri Türkiyədə keçirilən “Qış Təlimi-2023” birgə təlimlərində öz bacarıqlarını nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin aylıq bülletenində məlumat paylaşılıb.

Bildirilib ki, “Qış Təlimi-2023”ü izləyən yerli və xarici ziyarətçilər tərəfindən maraqla qarşılanan HERİKKS-VI və BKKM sistemləri daha sonra onlara təqdim edilib.

Həmçinin, təlimdə Türkiyə Ordusu ASELSAN tərəfindən təkmilləşdirilən 81 və 120 mm-lik minaatanlardan da istifadə edib.

Qeyd edək ki, ASELSAN Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan bu minaatanları Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında təkmilləşdirib.

Təkmilləşdirmə nəticəsində 60, 81 və 120 mm-lik minaatanlar yeni yönləndirmə, ağıllı atış idarəetmə sistemləri və lazer məsafəölçən cihazlarla təchiz olunub. Şirkət tərəfindən təkmilləşdirilən minaatanların ilk partiyası ötən ilin oktyabr ayında Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Poliqon.az

CATEGORIES
TAGS