ASELSAN “Saka” dronlarını bu il silahlanmaya verəcək

ASELSAN “Saka” dronlarını bu il silahlanmaya verəcək

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış, qapalı və açıq məkanlarda əməliyyatlar yerinə yetirə bilən “Saka-1” və “Saka-2” adlı nano dronların inteqrasiya işləri və uçuş testləri tamamlanıb.

ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, yerli və milli rabitə modemi, uçuş idarəedicisi, görüntü emal qurğusu, habelə proqram təminatı və alqoritmlərini özündə cəmləşdirən “Saka” dronları 2021-ci ilin sonunadək istifadəyə veriləcək.

500 qramdan az çəkiyə malik “Saka” dronların xüsusi təyinatlı bölmələr tərəfindən istifadəsi nəzərdə tutulub.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Saka”ların GNSS siqnallarından asılı olmayan qapalı məkanlarda görüntü əsaslı missiyaları yerinə yetirməsi üçün inkişaf işləri də aparılır. Minimum 25 dəqiqəlik uçuş müddəti, 3 km məlumat və görüntü ötürmə diapazonuna malik “Saka” dronlarının ehtiyaca uyğun olaraq tənzimlənə bilən uçuşa nəzarət sistemi, yerüstü idarəetmə stansiyası və radioelektron müharibə təhdidlərinə qarşı davamlı bir əlaqə sistemi ilə komplektləşdirilib.

Qeyd edək ki, ASELSAN şirkəti “Saka” dronlarını ilk dəfə “Teknofest-2019” festivalında nümayiş etdirib. (Həmçinin bax: ASELSAN SAKA dronun uçuş sınaqlarını keçirib)

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS