Belarusda PUA üçün yeni sursatlar hazırlanıb

Belarusda PUA üçün yeni sursatlar hazırlanıb

Belarusun “Dəqiq elektromexanika zavodu” Dövlət Müəssisəsində kiçik tank əleyhinə aviasiya bombalarının “558 Aviasiya Təmir Zavodu” ASC tərəfindən yaradılması başa çatan UBAK-70 zərbə PUA-da istifadəyə uyğunlaşdırılması tapşırığı həll edilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Dəqiq elektromexanika zavodu” DM-nin mətbuat xidməti məlumat yayıb.

Unikal texniki həllər, RBK-500-225 PTAB-2.5 birdəfəlik kasset bombasının daxilindən götürüldükdən sonra PTAB-2.5-1 sursatının istifadəsinə imkan verib.

PTAB-2.5-1 hava bombasının çəkisi 2,5 kq, uzunluğu təqribən 38 sm, atımın növü kumulyativ-qəlpəlidir. Dib partladıcısı kontakt fəaliyyətlidir.

Döyüş başlığının gövdəsi üzrə bombanın diametri – 60 mm, dairəvi stabilizatorun zonasındakı diametri – 90 mm-dir. Bombanın gövdəsi tutqaclı aviasiya asqısı ilə təchiz edilib. Konstruksiyada detonator üçün qoruyucu nəzərdə tutulub. Döyüş tətbiqinin hündürlüyü – 150-3000 metrdir.

PTAB-2,5-1 düşmənin canlı qüvvəsini, zirehsiz və zirehli texnikalarını məhv etmək üçün təyin edilib.

“Dəqiq elektromexanika zavodu”nda zərbə PUA silahlandırılması üçün digər kiçik ölçülü aviasiya məhvetmə vasitələrinin yaradılması tədbirləri çərçivəsində, 3,2 kq ağırlığında PTAB-2,5 bombasının PTAB-2, 5MB1 (hazır doğramalı qəlpəli) və PTAB-2.5MB2 (hazır pldürücü elementli) kimi təkmilləşdirilmiş sınaq (döyüş) nümunələri yaradılıb və istehsal edilib.

Həmçinin, müəssisədə RQ-42 əl qumbarasına əsaslanan, kütləsi 1 və 2 kq ağırlığında olan, müvafiq olaraq AT-1 və AT-2 markalı qəlpəli yüngül aviasiya bombaları yaradılır. Eləcə də 6 kq-a qədər ağırlığında yüngül idarə olunan UPAB-05 aviasiya bombasının yaradılmasının texniki imkanları qiymətləndirilir.

Kiçik ölçülü aviasiya bombaları həm təyyarə, həm də multirotor tipli müxtəlif PUA-lardan istifadə edilə bilər.

Yaxın gələcəkdə bu aviasiya məhvetmə vasitələri ilə təchiz olunmuş zərbə PUA-larının döyüş qabiliyyətlərinin Belarus Silahlı Qüvvələrinin poliqonlarında nümayiş etdirilməsi planlaşdırılır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS