DSX-nin Cəbrayıldakı hərbi hissəsində xidməti yaşayış binaları istifadəyə verilib – VİDEO

DSX-nin Cəbrayıldakı hərbi hissəsində xidməti yaşayış binaları istifadəyə verilib – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, fevral ayının 15-də Cəbrayıl rayonu ərazisində DSX-nin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin, eləcə də Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş növbəti yaşayış binalarının təntənəli açılışı münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda ölkənin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunub, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən işğalından azad olunmuş müqəddəs sərhədlərin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkənin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.

Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunub və xidməti mənzillərə baxış keçirilib.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.

Poliqon.az

CATEGORIES
TAGS