“Harris”dən yeni rabitə vasitələri

Harris Korporasiyası Parisdə keçirilən EUROSATORY-2012 sərgisində özünün yeni rabitə vasitələrini nümayiş etdirib. “AzeriDefence”nin məlumatına görə, şirkət müxtəlif rabitə vasitələri ilə yanaşı Falcon III® RRF 7800W radiosunun yeni nəslini hərbi ictimaiyyətə təqdim edib. RF7800W OU500 adlanan radio qərargah və döyüş meydanı arasında real vaxt rejimli video, biometriya, İP telefon və telekonfransın təşkili kimi funksiyalardan istifadə etməklə əlaqə yaratmağa imkan verərəcək.

Harris şirkəti bu gün həmçinin yüngül və portativ, Falcon III® RF 7800M-HH əl radiostansiyasını da ictimaiyyətə təqdim edib. Radiostansiya döyüş meydanındakı əsgərlə səs, video və informasiyanın ötürülməsi yolu ilə ünsiyyət saxlamaq üçün analoqu olmayan rabitəni təmin edir. Radiostansiya 20000-dən çox radioda istifadə edilən Harris Adaptive Networking Wideband Waveform (ANW2) dalğa formasından istifadə edir.

KATEQORIYA: