Hindistanda VSHORADS sisteminin atış sınaqları keçirilib

Hindistanda VSHORADS sisteminin atış sınaqları keçirilib

Hindistanda çox qısa mənzilli hava hücumundan müdafiə sisteminin (VSHORADS – Very Short Range Air Defence System) atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatının (DRDO) mətbuat xidməti məlumat yayıb.

Məlumatda VSHORADS hava hücumundan müdafiə (HHM) sisteminin Hindistanın Odişa sahillərində keçirilən sınaqlar zamanı iki ardıcıl atış testini uğurla yerinə yetirdiyi bildirilib.

Qeyd edək ki, VSHORADS laylı hava hücumundan müdafiə sisteminin alt təbəqəsini təmsil edir. O, aşağı hündürlükdə uçan hava təhdidlərinin qısa məsafələrdə zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES