
Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən HÜRJET reaktiv təlim təyyarəsi ölkənin aviasiya tarixində növbəti mühüm uğura imza atıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.
Məlumata əsasən, iki HÜRJET təyyarəsi “Türk Ulduzları” akrobatika qrupunun səkkiz təyyarədən ibarət düzülüşünə qoşulub. Bununla da Türkiyə aviasiya tarixində ilk dəfə 10 təyyarənin iştirakı ilə qrup uçuşu həyata keçirilib.
Bildirilib ki, yerli və milli imkanlarla hazırlanan HÜRJET-in “Türk Ulduzları” ilə eyni səmada uçuş icra etməsi Türkiyənin mühəndislik potensialının və aviasiya sahəsində əldə etdiyi nailiyyətlərin mühüm göstəricisidir.







