İtaliya HDQ əlavə patrul gəmisi sifariş edib

İtaliya HDQ əlavə patrul gəmisi sifariş edib

İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) OPV (Offshore Patrol Vessel) proqramı çərçivəsində “Orizzonte Sistemi Navali” (OSN) şirkətinə əlavə patrul gəmisi sifariş edib.

“Poliqon” “Orizzonte Sistemi Navali”yə istinadən xəbər verir ki, bununla da OSN şirkəti İtaliya HDQ-dən dördüncü patrul gəmisi sifarişini alıb.

Sifarişə əsasən, OSN yeni patrul gəmisinin inşası ilə yanaşı, həm də logistika dəstəyi göstərəcək.

Qeyd edək ki, “Orizzonte Sistemi Navali”, İtaliyanın “Fincantieri” və “Leonardo” şirkətləri tərəfindən birgə olaraq yaradılıb. Bu çərçivədə OSN səhmlərinin 51 faizlik hissəsi “Fincantieri”yə, 49 faizlik hissəsi isə “Leonardo”ya məxsusdur.

CATEGORIES