İtaliya HDQ üçün U212NFS sinifli növbəti sualtı qayıq inşa olunacaq

İtaliya HDQ üçün U212NFS sinifli növbəti sualtı qayıq inşa olunacaq

“Fincantieri” şirkəti İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün U212NFS sinifli növbəti sualtı qayığı inşa edəcək.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Fincantieri” şirkəti məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, U212NFS proqramı çərçivəsində üçüncü sualtı qayığın inşa edilməsi İtaliya parlamenti tərəfindən təsdiq olunub.

Proqram əsasında inşa ediləcək U212NFS sualtı qayıqları, hazırda İtaliya HDQ-nin donanmasında xidmət göstərən və istismar müddəti başa çatmaq üzrə olan 4 ədəd “Sauro” sinifli sualtı qayığı əvəz edəcək.

Qeyd edək ki, 2021-ci ildə bağlanmış müqavilə çərçivəsində inşa olunacaq ilk iki sualtı qayıq sifarişçiyə 2027 və 2029-cu illərdə təhvil veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS