Növbəti Su-35S qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

Növbəti Su-35S qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası”nın KnAAZ aviasiya zavodu tərəfindən istehsal edilən Su-35S döyüş təyyarələrinin növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sifarişçiyə çatdırılan Su-35S qırıcıları, istehsaldan sonra zavod tərəfindən yerinə yetirilən yer və uçuş sınaqlarından uğurla keçməyi bacarıb.

Tədarük ilə bağlı düşüncələrini bölüşən “Rostex” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov bildirib ki, yeni Su-35S qırıcılarının istehsalı və Rusiya Müdafiə Nazirliyinə çatdırılması prosesi cari ilin sonuna kimi davam edəcək.

CATEGORIES