QALS-D2M – tank, PDM və desant maşınları üçün yeni naviqasiya kompleksi

Rusiyanın “Proqres” şirkəti QALS-D2M adlı yeni naviqasiya kompleksini hazırlayıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Yeni naviqasiya kompleksi piyadaların döyüş maşınları, T-72, T-90 əsas müharibə tankları, artilleriya və hava hücumundan müdafiə sistemləri, həmçinin desant maşınları üçün nəzərdə tutulur.

QALS-D2M tərkibinə mərkəzi idarə bloku və naviqasiya sistemləri, peyk antennası, sürət tənzimləyici, ekipaj komandirinin rəngli sensor ekranı və s.daxildir. Naviqasiya kompleksi QLONASS və GPS naviqasiya sistemlərinə bağlanmaqla işləyə bilər.

Qurğunun ekranlarında nəqliyyat vasitəsinin, tankın hərəkətin sürəti, üçölçülü məkan vəziyyəti, coğrafi yeri haqqında məlumatlar əks olunur. Bundan başqa, QALS-D2M hesablama sistemi heyətə marşrut, hədəf, təyinat nöqtəsi və nəzarət nöqtələri haqqında tam informasiyanı verir. Marşrutlar haqqında informasiya beş ilə qədər qurğunun yaddaşında saxlanılır.

QALS-D2M tənzimləyici və kameralar kompleksinin sayəsində sürücü nəqliyyat vasitəsini daha asan idarə etməyi bacaracaq. Bort hesablama sistemi ən yaxın maneələr haqqında informasiya ilə heyəti təmin edəcək.

CATEGORIES