“Roketsan”ın “Alka” lazer silahının növbəti sınaqları keçirilib

“Roketsan”ın “Alka” lazer silahının növbəti sınaqları keçirilib

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan və yönləndirilmiş enerji silah sistemi olan “Alka” lazer silahının növbəti sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

İsmail Dəmir bildirib ki, sınaqlar zamanı “Alka” lazer silahı havadan kəşfiyyat uçuşu yerinə yetirən dronu və qurudakı hədəfi uğurla zərərsizləşdirib.

Qeyd edək ki, “Alka” həm quru, həm də hava hədəflərini saniyələr ərzində aşkarlamaq, izləmək və məhv etmək imkanlarına malikdir. Silah sistemi yaşayış məntəqələrində bombalı tələlərinin, yol kənarlarında yerləşdirilən əldəqayırma partlayıcı qurğuların (ƏPQ) zərərsizləşdirilməsi, habelə xüsusi olaraq hazırlanmış və üzərində faydalı yükləri (kamera, partlayıcı maddələr və s.) olan mini/mikro PUA və dron sürülərini təhlükəsiz məsafədə dayandırmaq yaxud məhv etmək üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS