Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilib

Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilib.

Bu barədə “Poliqon” Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən xəbər verib.

Bildirilib ki, 2 saat davam edən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında Türkiyə müdafiə sənayesinin çatdığı səviyyə, gələcək hədəflər və kritik layihələrlə bağlı qiymətləndirmələr aparılıb.

İclasda hərbi gəmi layihələri çərçivəsində təyyarə gəmisinin dizayn mərhələsi, MİLGEM 9-10-11-12-ci freqatların (“İ” sinifli), dəniz patrul, yeni tipli desant və mina gəmilərinin, habelə milli hücum katerinin inşası ilə bağlı qərarlar qəbul edilib.

Türkiyənin milli möyüş təyyarəsi KAAN-ın gələcək fəaliyyətləri, HÜRKUŞ təyyarələrinin və GÖKBEY helikopterlərinin tədarükü, havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AEW&C – Airborne Early Warning and Control) maddi-texniki təminat tələbləri müzakirə edilib və lazımi qərarlar qəbul olunub.

Həmçinin iclasda yeni raketlər, radar, elektron müharibə, rabitə, müxtəlif silah, sursat, avadanlıqlar, hava hücumundan müdafiə sistemləri, peyk və kosmik sistemlər kimi layihələrlə bağlı da qərarlar qəbul edilib.

 

CATEGORIES