TUSAŞ KAAN qırıcısının daha iki prototipini hazırlamağa başlayıb

TUSAŞ KAAN qırıcısının daha iki prototipini hazırlamağa başlayıb

Türkiyənin TUSAŞ şirkəti KAAN döyüş təyyarəsinin (MMU) daha iki prototipini hazırlamağa başlayıb.

“Poliqon” xəbər verir ki, bu sözləri “Sabah” qəzetinə açıqlamasında TUSAŞ şirkətinin baş direktoru Temel Kotil deyib.

O bildirib ki, hazırda KAAN döyüş təyyarəsi uça biləcək vəziyyətdədir, ancaq bəzi sınaqlardan ötrü ehtiyatlı davranılır.

“2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) 20 ədəd KAAN döyüş təyyarəsi təhvil verəcəyik. Blok 10 versiyasında olacaq bu təyyarələr F-35-in alt seqmenti və F-16-nın yuxarı seqmenti olacaq. 5-ci nəsil KAAN-lar isə 2030-cu ildə Hərbi Hava Qüvvələrimizin inventarına daxil olacaq”, – deyə Temel Kotil qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS