ASELSAN “Denizgözü-Ahtapot” sisteminin növbəti partiyasını sifarişçiyə təhvil verib

ASELSAN “Denizgözü-Ahtapot” sisteminin növbəti partiyasını sifarişçiyə təhvil verib

ASELSAN şirkəti “Denizgözü-Ahtapot” adlı elektro-optik kəşfiyyat və müşahidə sisteminin növbəti partiyasını Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, “Denizgözü-Ahtapot” sistemi Türkiyə HDQ-nin donanmasında yer alan müxtəlif platformalara inteqrasiya oluna bilər.

Elektro-optik kəşfiyyat və müşahidə sistemi olan “Denizgözü-Ahtapot” Türkiyə HDQ-nin ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanıb. O, ASELFLIR-300D elektro-optik sisteminin əvəz edilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, ASELSAN sistemin inkişaf etdirilməsinə 2015-ci ildən başlayıb və 2018-ci ildə istehsal etdiyi ilk iki prototipi Türkiyə Silahlı Qüvvələrinə təhvil verib. Şirkət “Denizgözü-Ahtapot”un Türkiyə HDQ-yə tədarükü ilə bağlı işləri 2025-ci ilin sonuna kimi tamamlamağı planlaşdırıb.

Poliqon.az

CATEGORIES
TAGS