
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) radar və elektron müharibə sistemləri üçün ASELSAN və TUSAŞ Biznes Tərəfdaşlığı ilə müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.
Müqaviləyə əsasən, ASELSAN və TUSAŞ şirkətləri bu sistemlərin tədarükünü, avionika proqram təminatının təkmilləşdirilməsini və inteqrasiyasını həyata keçirəcək.
ASELSAN-ın bildirdiyinə görə, sözügedən müqavilə çərçivəsində şirkətin payı 735 milyon TL (37.3 milyon ABŞ dolları) təşkil edir.




