Britaniya HHQ C-130 nəqliyyat təyyarələrini istismardan çıxarır
Böyük Britaniya Hərbi Hava Qüvvələri (HHQ) aviasiya parkında yer alan köhnəlmiş C-130 “Hercules” hərbi nəqliyyat təyyarələrini istismardan çıxarır.
Bu barədə “Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, 47-ci eskadronun tərkibində xidmət göstərən C-130 təyyarələri iyun ayının sonuna qədər Böyük Britaniyanın müdafiə məqsədlərini dəstəkləyən əməliyyatları yerinə yetirməyə davam edəcək və daha sonra istismardan çıxarılacaq.
Nazirliyin məlumatına görə, bu münasibətlə Britaniya HHQ-yə məxsus C-130 “Hercules” nəqliyyat təyyarəsi müəyyən edilmiş marşrut xətti ilə ölkə üzərində uçuş həyata keçirəcək.
Qeyd edək ki, Britaniya HHQ xidmətdən çıxardığı C-130-ları, “Airbus” şirkətindən aldığı 22 ədəd A400M “Atlas” hərbi nəqliyyat təyyarəsi əvəzləyir (Həmçinin bax: Britaniya HHQ sonuncu A400M təyyarəsini təhvil alıb).