“Poliqon”/ “AzeriDefence” jurnalının 2 (58) 2022 sayı

“Poliqon”/ “AzeriDefence” jurnalının 2 (58) 2022 sayı

“Poliqon”/ “AzeriDefence” hərbi texnoloji jurnalının Mart-Aprel 2022-ci il tarixli 2 (58) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız “Poliqon” səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

“Poliqon” jurnalının yeni sayında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdən “TEKNOFEST” Azərbaycan” festivalı ilə bağlı mesaj, AzTU-nun rektoru Vilayət Vəliyevdən və ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladovdan müsahibə, “Cənubi Qafqaz və Mərkəzi Asiya region dövlətlərinin radar sistemləri”, “RUSİYA-UKRAYNA MÜHARİBƏSİ – Ukrayna əsgəri-NATO silahı”, “DSA-2022 Asiya Müdafiə Xidmətləri Sərgisi”, “ADVENT SYS yeni nəsil döyüş idarəetmə sistemi”, “Coğrafi İnformasiya Sisteminin hərbi tətbiqləri” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

KATEQORIYA:
Bu xəbəri paylaş