ASELSAN-ın “Aslan”ı xidmətə hazırdır

ASELSAN-ın “Aslan”ı xidmətə hazırdır

ASELSAN şirkətinin inkişaf etdirdiyi “Aslan” yerüstü döyüş robotu Türkiyə Ordusuna və təhlükəsizlik qüvvələrinə dəstək göstərmək üçün xidmətə hazırdır.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin sosial şəbəkə hesablarından paylaşım edilib.

“Aslan” yerüstü döyüş robotu orta ağırlıqdakı sinifə aid platformadır. Çəkisi 700 kiloqram və maksimum sürəti 10 km/saat olan “Aslan”, hərəkət gücünü elektrik mühərrikindən alır. Avtonom çalışa və uzaqdan idarə edilə bilən döyüş robotu, verilən tapşırıqdan asılı olaraq 4 saatdan artıq fəaliyyət göstərmək imkanına sahibdir.

“Aslan” 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili yerlərdə hərəkət edə, 60 sm dərinliyindəki xəndəkləri və 20 sm hündürlüyündəki maneələri aşa bilir.

ASELSAN-ın SARP-L döyüş modulu ilə silahlandırılan, müxtəlif sensor və kameralarla təchiz olunan bu platforma həm döyüş tapşırıqlarını, həm də kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS