“Elbit Systems” Avropa ölkəsinə 122 mm-lik raket sistemi ixrac edəcək

“Elbit Systems” Avropa ölkəsinə 122 mm-lik raket sistemi ixrac edəcək

İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan Avropa ölkəsinə təkmilləşdirilmiş 122 mm-lik raket sistemləri tədarük edəcək.

“Poliqon” “Elbit Systems” şirkətinə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 70 milyon ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, bu raket sistemlərinin istehsal edilməsi və sifarişçiyə təhvil verilməsi işləri qarşıdakı ilk üç il ərzində yerinə yetiriləcək.

Qeyd edək ki, tədarük olunacaq məhsul 40 kilometrə qədər artırılmış mənzilə sahib 122 mm-lik “Accular” raket sistemidir. Raket sisteminin istənilən təkərli platformanın şassisinə uyğunlaşdırıla bilməsi, yüksək dəqiqlikliyə və müxtəlif hava şəraitlərində fəaliyyat göstərmək imkanına malik olması istifadəçiyə vacib üstünlüklər qazandırır.

Döyüş başlığının çəkisi 20 kiloqram olan raket sistemi 1 dəqiqədən də az müddət ərzində atışa hazır vəziyyətə gətirilir. 122 mm-lik “Accular” raketləri həm tək halda, həm də 18 lüləli buraxıcı qurğu vasitəsi ilə atıla bilər.

Əlavə məlumat üçün bildirək ki, “Accular” raket sisteminin 160 mm-lik versiyası da mövcuddur.

Poliqon.az

CATEGORIES
TAGS