Ərdoğan: “Kanada PUA kameralarına embarqo tətbiq etdi, biz də ASELSAN kameralarından istifadə etdik”

Ərdoğan: “Kanada PUA kameralarına embarqo tətbiq etdi, biz də ASELSAN kameralarından istifadə etdik”

Son vaxtlar qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada pilotsuz uçuş aparatlarımızda (PUA) istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ASELSAN şirkətinin yeni müəssisəsinin açılışında bildirib.

“Biz də ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq”, – deyə Türkiyə Prezidenti bəyan edib.

 

CATEGORIES
TAGS