Rusiya Ordusunun zirehli texnikaları əsaslı təmir və modernizasiya edilir

Rusiya Ordusunun zirehli texnikaları əsaslı təmir və modernizasiya edilir

Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında “Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” şirkəti Silahlı Qüvvələrin müxtəlif zirehli texnikalarının əsaslı təmir və modernizasiyasını edir.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı şirkət tətəfindən Rusiya Müdafiə Nazirliyinin 2022-ci ildə verdiyi sifariş tam şəkildə həyata keçirilib.

“Yüksək dəqiqlikli komplekslər” şirkəti artıq 2023-cü il üzrə Müdafiə Nazirliyindən zirehli texnikaların əsaslı təmir və modernizasiyasına dair əlavə sifarişlər alıb və onların yerinə yetirilməsinə başlayıb.

Bildirilib ki, 2022-ci ildəki sifariş çərçivəsində Rusiya Ordusuna məxsus BMP-3 piyadanın döyüş maşınları (PDM), BTR-MDM və BMD-4M zirehli transportyorları, habelə BREM-L zirehli təmir-təxliyyə maşınları əsaslı formada təmir olunaraq Quru Qoşunlarının istifadəsinə verilib.

“Rostex” Dövlət Korporasiyasının nümayəndəsi Bekxan Ozdoyev qeyd edib ki, “Rostex” mütəxəssisləri Ordunun müasir silah modelləri, hərbi və xüsusi texnika ilə təchiz olunması üçün dayanmadan işləyirlər. Bu da öz növbəsində istehsal tempininin əhəmiyyətli dərəcədə artmasına imkan verir.

Poliqon.az

CATEGORIES
TAGS