Rusiya Silahlı Qüvvələri “zireh”ini dəyişir
“Kiras” şirkətinin yeni istehsalı olan “Ratnik” zirehli dəstin sınaqlarına 2012-ci ilin yayından başlanacaq.
“AzeriDefence”nin məlumatına görə, “Ratnik” özündən əvvəlki zirehli gödəkcələrlə müqayisədə döyüşçünü 70 faiz qorumaq imkanına malikdir. Gödəkcənin tərkibində 20 element yer alıb ki, bu da döyüşçünü mərmi qəlpələrindən, qumbara və açıq atəşdən qoruya bilir. Beşinci nəsil zirehli dəst hesab olunan “Ratnik”in ümumi çəkisi 20 kq-dır və o döyüşçünün yuxarı ətraflarının 90 faizini örtə bilir. “Ratnik” konstruksiyası zamanı orqanizmin nəfəsalma imkanı da nəzərə alınıb.
Zirehli ekipirovkanın silahlanmaya daxil edilməsi prosesinin isə 2013-cü ildən başlanması gözlənilir.
KATEQORIYA: Sənaye